Less

ÖYRƏNMƏ

İnsan anadan öyrənmə bacarığı ilə doğulur və bütün digər bacarıqları bu öyrənmə bacarığı ilə qazanır.

İnsan anadan öyrənmə bacarığı ilə doğulur və bütün digər bacarıqları bu öyrənmə bacarığı ilə qazanır.

Öyrənmə üçün 4 əsas amil var:
1. Öyrənmə motivasiyası.
2. Öyrəniləcək biliklər.
3. Öyrənmə bacarıqları.
4. Öyrəndiklərimizin tətbiqat sahələri.

Öyrənmə motivasiyası öyrənəcəyimiz mövzuların önəmli olmasını qavradığımız zaman yaranır. Bu bəzi insanlarda yüksək olur, çünki qeyri şüuri neyro-assosiativ əlaqələri qururlar. Motivasiya azlığını NLP texnikaları ilə də qısa müddətə aradan qaldırmaq olur. Bu zaman insanın əsas dəyərləri ağrı-həzz prinsipi ilə öyrəniləcək mövzuyla şüuraltı şəkildə , 6 kanalla əlaqələnfirilir.

Öyrənmə performansı 2 əsas amillə şərtlənir: 
1. Öyrəniləcək biliklər
2. Öyrənmə bacarıqları

Öyrənmə performansını müəyyənləşdirmək üçün bunların sistematik kombinasiyalarına baxmaq lazımdır. Hər bir kombinasiya öyrənmə üçün psixoloji bölgə yaradır. Burada əsas prinsip, beynin müqayisə aparma prinsipidir.

1. Əgər öyrənmə bacarıqlarımızın öyrənəcəyimiz biliklərlə başa çıxa bilməyəcəyini, kifayət etmədiyini düşünürüksə STRESS bölgəsinə daxil olarıq.

2.Bacarıqlarımızın öyrənəcəyimiz biıiklərdən böyük olduğunu hesab ediriksə DURĞUNLUQ bölgəsinə daxil olarıq. 

3. Öyrənmə bacarıqlarımızın öyrənəcəyimiz mövzuya uyğun olduğunu hesab ediriksə ÖYRƏNMƏ bölgəsinə daxil olarıq. 

Bəzən öyrənmə prossesində performansı problemi yaşaya bilərsiniz. O zaman məhz bu iki amilə diqqət etsəniz yolu qısaltmış olarsınız.  Bu zaman mən koçluq etdiyim şəxslərdə bacarıq çərçivəsi ilə mövzunun çərçivəsini böyütmə-kiçiltmə yolu ilə nizamlayaram. Bu sadəcə qavrayışın yenidən proqramlanmasıdır və olduqca maraqlı prossesdir. 

Öyrəndikləriniz üzərində ustalaşmağın yolu isə onun tətbiqat sahələrini artırmaqdır. "Başqa harada" sualına bir çox cavablar tapa və "lövbərləmə" adlanan şüuraltı şərtləndirmə yolu ilə öyrəndikləriniz üzərində hakim ola bilərsiniz. 

Beləliklə bilmə-bacarma-mənimsəmə və ustalaşma mərhələlərini uğurla keçərsiniz. Bir sözlə, yolunu bilirsinizsə, hər şey asandır. 

Oxuduğunuz üçün təşəkkür edirəm və sizə öyrənmə yolunda zehin açıqlığı arzulayıram.

Babək Bayramov
Fərdi və Təşkilati Performans Koçu

DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Öyrənmə & İnkişaf

ÖYRƏNMƏ

Ətraflı