Less

8 ADDIMDA BİZNES MASTER

Biznes Koçu Babək Bayramovdan biznes həyatında nəyi necə edəcəyiniz haqda qiymətli məlumatlar əldə edə və praktiki çalışmalarla qısa müddətə nəticələrinizi yaxşılaşdıra bilərsiniz.

Qeydiyyatdan Keç

Ünvan Tarix & Vaxt

BAKI ŞƏHƏRİ

Təlimin başlama vaxtı: 11.09.2018, saat 19:00
Son qeydiyyat tarixi :    11.09.2018, saat 18:50

  • Sirac Heydərov
    Kredit Departamentinin Rəhbəri Rabitə Bank

    Babək müəllim haqqında danışmaq bizə düşməz. Mən sadəcə bir ömür Babək müəllimə minnətdaram. Həqiqətən əslində həyatın necə olduğunu bizə izah edən, həqiqətən öyrədən bir müəllim, şəxsən mənim üçün dahi bir insan.

  • Oruc Dəmirli

    Babək Bayramov haqqında olan müsbət düsüncələrimi sözlə izah etmək cox çətindir. Sadə dildə deyə bilərəmki o çox yaxşı insan, işinin ustadı olan cox yaxsı NLP təlimçisidir. Həyatımda olan müsbət dəyişikliklərə görə özümü Babək müəllimə borclu hesab edirəm.

  • Məmməd Məmmədov
    Bioloq

    Babək müəllim geniş dünyagörüşünə malik, savadlı, iti düşüncəli, gözəl natiqlik qabiliyyətli bir NLP ustad trener olmaqla bərabər bütün insani keyfiyətləri özündə əks etdirən sözün əsl mənasında BÖYÜK İNSAN. Həyatının bütün sahələrində uğurlar, dünya şöhrətli NLP ustad trener, alim və insan olmağı arzulayıram.

  • Gülnar Bəkirova
    İnsan Resursları üzrə Mütəxəssis AzərTürk Bank

    Babək Bayramov bizimlə tək təlimçi kimi deyil hər birimizlə ayrı-ayrılıqda həmdə dost kimi davranışlarını əskik etməyib. Sadəcə təlim saatlarında deyil hətda təlimdən kənar zamanlarda da hər hansı bir problemlərimiz olduğu zaman diqqət göstərərək onları yoluna qoymağımızda bizə istiqamət verməkdə kömək olub. Qısa olaraq onu deyə bilərəm ki, bu insan işinin peşakarıdır.

  • Ülvi Əlimərdanov
    Tələbə

    Babək Bayramov hər zaman öz tələbələrini yetişdirməyə çalışan bir müəllimdir. Nadir müəllimlərdəndir ki tələbələrin rəqib kimi görmür və tələbələrinin uğuru onda hər zaman fəxr hissi oyadır.

8 addımda BİZNES MASTER 
Babək Bayramovun təqdimatında.

Rəqabət olmasaydı strategiyaya ehtiyac qalmazdı

 

1. Biznes və beyin münasibətləri . 

Biznes beyində başlayır. İş fikrinin yaradılması, əngəllərin aşılması, personalın məhsularlığının artırılması hər zaman effektiv zehni strategiyalar tələb edir. Bu seminarda beynin reaksiya vermə şəkli və onun iş dünyasında qarşılaşacağı prosseslərlə münasibəti açıqlanır. Yüksək fərqindəlik və dərin kəşfə yönəlmə mərhələsidir.

2. Kreativ düşüncə.

İnnovativ, yenilikçi düşünməsəniz, hər zaman etdiklərinizi etsəniz, bir müddət sonra etdiklərinizin daha işə yaramadığını fərq edə bilərsiniz. İnnovasiyalar üçün yaradıcı düşünmə vacibdir. Bu seminarda prosseslərə yaradıcı yanaşma strategiyaları təqdim olunur. Yaradıcı düşüncə üzərində praktiki çalışmalar aparılacaq. 

3. Psixoloji güc.

Biznesdə uğurlu olmaq üçün gücə və enerjiyə ehtiyacınız var. İstənilən şərtlər daxilində lazımi əhvala qovuşmağınızın effektiv yollarını bu seminarda əldə edəcəksiniz. Ən məhsuldar ruh halına qovuşmağınıza mane olan qorxu və stressi ortadan qaldırmağı öyrənəcəksiniz.

4. Liderlik.

Effektiv qərar vermə strategiyaları liderləri lider edən şeydir. Liderlərin xarizmanın sehrli gücünə, əminlik və güclü inanc modellərinə ehtiyacı var. Limitləri qırmağı bacarmaq çox asandır, sadəcə nəyi necə edəcəyinizi bilməlisiniz. Bu seminarda eyni zamanda fərdi və təşkilati bütövlüyün əsas prinsiplərini əldə edəcəksiniz. 

5. Zamanın idarə edilməsi .

Zamanımız ən vacib resurslarımızdan biridir. Əslində zamanın idarə olunması, elə həyatın idarə olunmasıdır, çünki zaman həyatın özüdür. Əsas zaman oğrularını fərq edəcək, effektiv zaman idarəetməsinin sirlərini öyrənəcəksiniz. Davranışlarınızla zamanın əlaqəsini kəşf edərək daha az zamanda daha çox məhsuldar olmağın yollarını bu seminar təqdim edir.

6. Satış və müzakirələr.

İstənilən biznes fəaliyyətinin məqsədi satışdır. Dünyanın ən gözəl və faydalı məhsullarını istehsal etsəniz də, satışı bacarmasanız biznesiniz iflas edər. Satışlarınızı 2-3 dəfə və ya daha çox artıqmaq istəyirsinizsə, effektiv ünsiyyət modellərinə ehtiyacınız var. Bu seminarda bağ qurmanın prinsipləri, hipnotik dil qəlibləri və effektiv bədən dili üzərində çalışmalar aparılacaq. Şirin dil ilanıda yuvasından çıxarar, əgər ilanın anlayacağı dildə danışırsınızsa.

7. Maliyyə zəkası.

Pulla bağlı məhdudlaşdırıcı inancların aradan qaldırılması və zehninizdəki zənginlik limitinin dəyişdirilməsi, daha çox varlanmağın yollarını açar.Bolluq və zənginlik zehniyyətini mənimsəmək üçün bu seminardan faydalana bilərsiniz. 

8. Təqdimat. 

Kütlə önündə çıxış və inandırma bacarıqlarını təqdim edən bu seminarda iştirak etməklə natiqlik bacarıqlarınızı dəfələrlə təkmilləşdirə bilərsiniz. Lazımi özgüvəni əldə etmək, danışıq nitqini hazırlamaq, kütləni ələ almaq bir biznes ustasında ən çox arzulanan bacarıqlardır. 

Bu təlimə kimlər qoşula bilər :
- SAHİBKARLAR 
- RƏHBƏRLƏR VƏ TOP-MENECERLƏR 
- ÖZ BİZNESİNİ YARATMAQ İSTƏYƏNLƏR 

İştirak məhdudiyyəti: Maksimum 15 nəfər.

Qeyd: Təlimə bütün tədris ləvazimatları və materialları daxildir. Breyk servisi təmin edilir.

Təlim həftənin çərşənbə axşamı , cümə günləri saat 19:00 - 22:00 qədər davam edəcək