Less

Həyatımızı Necə Yaxşılaşdıra Bilərik?

Ətrafımızda baş verənlərin həyatımıza təsir etdiyini düşünürük.

MƏNA-DUYĞU-DAVRANIŞ-NƏTİCƏ

Ətrafımızda baş verənlərin həyatımıza təsir etdiyini düşünürük. Əslində isə, bizim həyatımıza təsir edənlər bizim öz duyğularımızdır. Bir şey düşünürük, sonra isə bu düşündüklərimiz nəticəsində duyğular yaranır. Duyğular isə bizi hərəkətə keçirər, nəsə edirik və davranışlar bizə “nəticə” gətirir. Sonra isə bu nəticələri düşünürük, “yaxşı” və ya “pis” nəticə etiketlərini vururuq, yəni yenidən mənalandırırıq. Sonra yenə duyğu-davranış-nəticə-məna...

Əgər belə bir sehirli dairənin içərisində dolanırıqsa, bundan necə faydalana bilərik? Karyerada, sosial mühitdə və ya şəxsi həyatda uğur qazanmışlar məhz nə edirlər ki, daha yaxşı həyat yaşayırlar? Dünyanı yaşamalı hala gətirən şey nədir? 

ƏVVƏLCƏ MƏNA VERƏCƏKSİNİZ !

Dünya bizim üçün verdiyimiz mənalardan ibarətdir. Dünyaya neçə məna veririksə, məhz o cürdür. Duyğunun dəyişməsi üçün məna dəyişməlidir. Təsəvvür edin ki, 1 qız uzanıb tv izləyir. Onun ailəsi müasir ailədirsə, ata içəri girəndə qız ayağa durmursa bunu normal qəbul edəcəkdir, klassik ailədirsə qızının tərbiyəsinə hirslənə bilər. Yaranan duyğular verilən mənaların nəticəsidir. 

Təsəvvür edin ki, bir istəyimiz və ya hədəfimiz var və ona nail olmaq üçün əlimizdən gələni edirik. Lakin istəyimizə nail olmuruq, nəticədə buna “uğursuzluq” etiketi vururuq və kədərlənirik. Əldə etdiyimiz “uğur” və ya “uğursuzluq” deyil, sadəcə bir NƏTİCƏdir. Əgər əldə etdiyimiz nəticəyə baxaraq “uğursuzluq” kimi məna verməsək, “buradan bir şey öyrəndim, bu bir təcrübədir” kimi məna versək kədərlənmərik və başqa həll yolu və ya çarə axtararıq. 

Bir zamanlar çox populyar olmuş Rokki Balboa filminin ssenaristi və baş rolunun ifaçısı Silvester Stallone, filmin ssenarisini rejisorlara təqdim edəndə 300-dən çox “yox” alsa da, bu onu dayandırmadı. 

Polkovnik Harlan  Sanders, şosenin kənarındakı restoranı şose başqa bir yerə daşınarkən iflas həddinə düşür. Sandersin əlində sərmayəsi vardı. Bu sərmayə yalnız bir cücə yeməyinin resepti idi. O bu resepti sataraq restoranlardan haqq almağı hədəfləmişdir. Az qala bütün Amerikanı avtomobilində yatıb-duraraq gəzir, 1008-dən çox restorana baş çəkir. Hər bir imtina onu daha çox qamçılasa da inancını itirmir. Nəhayət 1009-cu restoranı razı salaraq, bu günki KFC markasının ortaya çıxmasına səbəb olur.

Bunun kimi yüzlərlə misal çəkmək olar. Uğur qazanmış və qazanmamış insanlar arasındakı fərq onların qarşılaşdıqları hadisələrə verdikləri mənalardır.

Təsəvvür edin, evdə televizorunuz və ya şəxsi avtomobiliniz xarab olub. Bəli, dərhal verdiyimiz məna belə olur : “Telivizor xarab oldu. Sevdiyim şou-proqrama axşam necə baxacam?” Təbii ki, belə hallarda biz mütəxəssisə müraciət edirik və məlum olur ki, televizorun diodlarından biri yanıb, dəyişdirilməlidir. Yaxud, avtomobildə benzin nasosu işləmir və yanacaq təminatı olmadığı üçün avtomobilin mühərriki hərəkətə gəlmir. Diqqət edirsinizmi, əslində xarab olan şey televizor deyil dioddur, avtomobil deyil benzin nasosudur. Biz diod qədər kiçik problemi – televizor kimi böyük görməyə meylliyik. Neyro Linqvistik Proqramlaşdırma (NLP) senaslarıma bir çoxları intiharın 1 addımlığında gəlib, gülə-gülə gedib. Mən sadəcə onların həyata verdiyi mənanı dəyişmələrinə kömək etmişəm, duyğuları isə öz-özünə dəyişib. Ancaq insanlar bu mənanı çox zaman şüur səviyyəsində dəyişə bilmirlər, bəzi şüuraltı dəyişim texnikalarından istifadə etmək lazım gəlir.

MƏNANIN ƏSASINDA DUYĞU YARANIR !

Dünyanı idarə edən şey – duyğulardır, desək yanılmarıq. Problemlərimizi gözümüzdə süni surətdə şişirərək narahat oluruq. Eynilə bu qaydada problemi kiçildərək, onu hissələrə ayıraraq rahatlaya bilərik. Hər bir duyğu mütləq hərəkət yaradır. İstənilən duyğunu keçirəndə bədənimizə enerji gəldiyini hiss edəcəyik. 

İçinizdə qəzəb, sevinc, ehtiras, peşmançılıq yarananda bu üzünüzdən dərhal məlum olur. NLP bu sahəni araşdıraraq insanların həyatlarını yaxşılaşdırması üçün güclü texnikalar verir. Məşhur bir NLP qanunu belədir: “Bədən və Zehin eyni sistemin hissələridir.” 

Əgər bədəndə duyğu yaranarsa, nə qədər gizlətsək də bu bədənimizdə özünü büruzə verəcəkdir. Hər birimiz hirslənəndə bədənimiz bir cür, sevinəndə başqa cür, ilhama gələndə isə daha fərqli cür forma alır. Hirsli insanın çiyinləri geri dartılır, burnu yuxarı qalxır, qollarına qan gəlir. Bir sözlə insan döyüş vəziyyəti alır. Bunun əksi də keçərlidir. Eynilə qəzəbdə olduğu kimi, rahatlıq duyğusunu keçirdiyimiz zaman da bədənimizin xüsusi şəkli var. Əgər qəzəbli anda bədənimizin sakit vəziyyətdə olduğu formanı özümüzdə yaratsaq (məsələn, rahat şəkildə kresloya söykənsək) bir qədər sonra rahatlandığımıza şahid olarıq. Çünki bədən şüuraltı səviyyədə beyinə mesaj verir: “Mən rahatlıq mövqeyinə keçdim, sən də keç!” Zehin və bədən hər 2-si bir-birinə təsir edir. 

DUYĞU OLMASA DAVRANIŞ DA OLMAZ !

Xatırlayın, həyatınızda az olubmu hansısa söhbətdən təsirlənib hərəkətə keçəsiniz? Sizi hərəkətə gətirən qüvvə olub o zaman? DUYĞULARINIZ, elə deyilmi? Hərəkətin yaranması üçün duyğunun yaranması şərtdir. Duyğu azaldıqca isə hərəkət azalacaqdır. Məsələn, ingilis dilini bilən bir tanışınız işlədiyi firmada xarici dil bilməyin əsas şərt olduğunu və bu dili bildiyinə görə 4 rəqəmli əmək haqqı ilə təmin edildiyini söyləyəndə içinizdən bu dili öyrənmək istəyi keçdiyini hesab edək. Tez internetdə araşdırma aparıb bir tədris mərkəzi tapırsınız və kursa başlayırsınız. 1 həftə, 2 həftə, 3 həftə... gedərək tanışınızın söhbəti uzaq xatirəyə çevrilir, artıq keçirdiyiniz duyğular əvvəlkindən fərqlənməyə başlayır. İngilis dilini öyrənmək daha sıxıcı hala gəlir və 1 aydan sonra kursu buraxırsınız. 

Axşam evdə maaşınızın azlığını düşünürsünüz və özünüzə söz verirsiniz ki, sabah müdirin kabinetinə daxil olub maaşınızın artırmasını təmin edəcəksiniz. Və yaxud da, sevgilinizin hər hansısa davranışından məyus olub bazar gününə təyin etdiyiniz görüşdə ondan tezliklə nişan qoymağı tezləşdirməyi tələb edəcəyinizi düşünürsünüz. Ancaq bu düşündüklərinizi etmək zamanı gələndə edə bilmirsiniz. Niyə? Çünki düşündüyünüz zaman keçirdiyiniz duyğuları zamanı gələndə hiss etmirsiniz. Hiss edə bilsəniz edə bilərsiniz. Əgər bir sehrbaz axşamkı duyğunu kopyalayaraq etmək zamanına yapışdıra bilərsə, rahatlıqla edə bilərsiniz. Davranışı etməyiniz üçün duyğunu hiss etməyiniz mütləq şərtdir. Ancaq bundan ötrü sehrbaza gərək yoxdur, dünya liderlərinin, uğur qazanmış biznes adamların faydalandığı xidmətdən – NLP-dən faydalanaraq bunu özünüz də edə bilərsiniz.  

Bədəndə eyni anda sadəcə bir duyğu keçirə bilərsiniz, ancaq bu duyğular bir-birlərini qova bilər. Əgər sevinc duyğusu içərisindəsinizsə qorxu duyğusu güclənərsə, sevinc qaçacaqdır, nəticədə davranış da dəyişəcəkdir.

HƏR DAVRANIŞIN NƏTİCƏSİ VARDIR !

Həyatımız davranışlarımız nəticəsində olduğu vəziyyətə gəlib. Nəticələr - bizim həyatda əldə etdiklərimizdir. Hər bir uğurun və ya uğursuzluğun sturukturu vardır. Adını nə qoymağımızdan asılı olmayaraq istənilən nəticə 1 vəziyyətdən ibarətdir və bu vəziyyət bizi qane etmirsə, onu dəyişdirməliyik.

Nəticə sizi qane etmirsə, həyatınızın mənzərəsi qaneedici deyilsə davranışlarınızı dəyişməlisiniz.  Çoxları həmişə eyni davranışları edir və həyatlarının mənzərəsindən şikayətlənirlər. Unudurlar ki, bu mənzərəni ancaq davranışlar dəyişdirə bilər.

Duyğular dəyişmədən davranışlar dəyişməz. Stress içində olan adam diqqətli ola bilərmi? Gülümsəyə bilərmi? Uğur qazana bilərmi? Duyğular özlərinə uyğun davranışlar yaradırlar. Duyğunun dəyişməsi vacibdir. 

Deməli, həyatımızı dəyişmək istəyiriksə, həyata verdiyimiz  mənanı dəyişdirməliyik. NLP təlimlərində mənanı necə dəyişməyin yolları izah edilir. 10 illik yolu 10 ayda, yəni 12 dəfə tez gedə bilrsiniz.

Gördüyünüz kimi MƏNA-DUYĞU-DAVRANIŞ-NƏTİCƏ çarxının içərisində dolaşmadan yaşaya bilmirik. Şahmat oyununda fiqurların gedişlərini dəyişdirə bilmərsiniz, ancaq bu gedişlər daxilində strategiyalar qurub oyunu uda bilərsiniz. Bu sistemi dəyişdirə bilmirik, ancaq bu sistemi bizə fayda verəcək hala gətirə bilərik. Necə ki, dünyada bu bəsit sistemdən faydalanaraq nəhəg uğurlara imza atanlar çoxdur. Dünyanın 5 qitəsində ökə başçıları, CEO-lar, kral ailələri, biznes adamları NLP-dən faydalanaraq hər gün uğurlar qazanırlar. NLP - təhsildə, satışda, siyasətdə, şəxsi həyatda, terapeyada və digər sahələrdə uğur qazanma şansınızı dəfələrlə artıracaqdır.

İnsanların əksəriyyəti dünyanın yaşanmaz hala gəldiyini düşünür və təqsirləri özlərində deyil, başqalarında axtararaq ömürlərini şikayətlərlə keçirir, tədricən intihar edirlər. Ən təəssüfedici hal isə budur ki, bunun fərqində belə deyillər. Dünyanı psixloji meşəyə, insanları isə yaralı canlılara bənzətsək ağrıverici bir mənzərə ilə üzləşərik: Hamı qan itirir, ancaq bunu anlamır. Hər dəfə şikayətlənəndə enerji itiririk, hirslənirik, yaralanırıq, kədər içərisində yaşayırıq. Dünyaya bundan ötrü gəlmişikmi? 

Dünya hər zaman bizə layiq olduğumuzu verir. Heç nə etməyib möcüzə gözləməklə möcüzə gerçəkləşməz, “Allahdan buyruq, ağzıma quyruq” deməklə ağıza quyruq düşməz, ağ atlı şahzadənin gözləməklə gəlməz, “halva-halva” deməklə ağız şirin olmaz...

Həyatınızı tez və effektiv dəyişmək istəyirsinizsə Sizə NLP kömək edə bilər. NLP-ni Azərbaycanda ən yaxşı mənbədən öyrənməklə inanılmaz uğurlara imza ata bilərsiniz. Axı hər sahədə “yaxşı” və “pis”lər var. Unutmayın, həyatınızın dəyəri: Çox bahadır!

 

Babək Bayramov

NLP və Fərdi İnkişaf Ustadı

DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Beyin Gücü & NLP

İradəm Çatmadı...

Ətraflı